• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin alışı ilə bağlı müraciət edib

AZAL Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin alışı ilə bağlı müraciət edib
04.11.2023 18:16
Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, AZAL reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən  verilən məlumata görə, aviadaşımaların pik dövrü həmişə sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.

AZAL sərnişinlərin rahatlığına və seçiminə xüsusi önəm verir. Hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir.

Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqdən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
"Azərbaycan Hava Yolları” www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54. "WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol