• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat MAXE-lərin maaşlarının artırılmasını təklif edib

Deputat MAXE-lərin maaşlarının artırılmasını təklif edib
06.11.2023 14:55
Hərbidə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının maaşları artırılmalıdır. Bunu deputat Vüqar İsgəndərov deyib.

"Bu kateqoriyadan olan şəxslər müharibədə çoxluq təşkil edib. Bunu pratika da göstərib. Hesab edirəm ki, MAXE-lərin maaşlarının artırılmasına ehtiyac var. Orduya sağlam gənclərin cəlb olunması üçün bu yaxşı addım olardı. Bunu onlar üçün stimullaşdırıcı bir addım hesab etmək olar”, - deputat 6-da Milli Məclisdə Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar suyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deyib.
Deputat polislərin maaşının artırılmasının vacibliyini də vurğulayıb. 

Bundan əvvəl Milli Məclisin deputatları Fəzail Ağamalı və Aydın Mirzəzadə təklif edib ki, polislərin sosial durumunun daha da yaxşılaşdırılmasına ehtiyac var. 
 
Oktyabrın 2-də Milli Məclisin plenar iclasında "polis haqqında" qanunun müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev söyləyib ki, Azərbaycanda 450 manata əməkhaqqı alan polislər var.

Deputatlara cavab olaraq Bəhruz Məhərrəmov deyib ki, polis əməkdaşları fiks aylıq maaşdan əlavə xidməti vəzifələrinə görə əlavələr alır.
 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol