• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tütündən istifadə edən qadınların sayında azalma var - Nazirlik rəsmisi

Azərbaycanda tütündən istifadə edən qadınların sayında azalma var - Nazirlik rəsmisi
22.11.2023 15:02
Azərbaycanda qadınlar arasında tütün məhsullarından istifadə halalrı 1% təşkil edir. Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiya şöbəsinin müdiri Laura Quliyeva deyib.
 
Onun sözlərinə görə, hazırda son statistik məlumata əsasən, Azərbaycanda 15 yaşdan yuxarı olan əhalinin 33% siqaretdən istifadə edir. 

"Sevindirici haldır ki, Azərbaycanda qadınlar arasında tütün məhsullarından istifadə halları azdır. Bu rəqəm 1% təşkil edir", - Laura Quliyeva vurğulayıb.
 
Nazirlik rəsmisi vurğulayıb ki, qapalı məkanlarda çəkilən siqaretlərin tüstüsü ürək xəstəlikləri riskini 25-30% artırır. 

"Azərbaycanda tütün istifadə edənlərin sayında azalma müşahidə edilsə də hazırda dünyada istifadəçilərin sayı artmaqdadır. Hindistan tütün istifsdəsinə görə dünyada ikinci yerdədir. Hindistanda hazırda 106 milyondan çox aktiv tütün istifadəçisi var", - o, noyabrın 22-də "İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması" mövzusunda təlimdə çıxışında qeyd edib. 
 
Quliyevanın sözlərinə görə, elektron siqaretlər tütün məhsullarından daha təhlükəlidir. 

"İnsanlar bəzən düşünür ki, elektron siqaret istifadə etmək, tütündən daha zərərsizdir. Halbuki elektron siqaretlər digər tütün məhsullarından daha çox zərərlidir. Onların üzərində yazılan reklam lövhələrindəki yazılar tamamilə yalandır", - şöbə müdiri əlavə edib. 


O bildirib ki, mütəxəssislərin araşdırmasına əsasən, zərərli vərdişi olanlarla müqayisədə sağlam həyat tərzi keçirən insanlar orta hesabla 17,9 il daha çox yaşayırlar.
 
Aygün Mirakif 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol