İndi 3-cü uşağı doğmağa həvəs qalmayıb - Deputat

Azərbaycanda üç uşaqdan sonra sosial müavinətlərin verilməsi çoxuşaqlı ailələr üçün motivasiya ola bilər. Bunu deputat Siyavuş Novvruzov deyib.
www.anews.az
"Bizdə bu müavinətlər 5 yaşdan sonra verilir. Olmazmı 3 uşaqdan sonra bu prosesi hissə-hissə ödəyək? İndi 3 uşağı saxlamaq çətin məsələdir. Ailələrdə 3-cü uşağı saxlamağa nə həvəs yoxdur, nə də maddi imkan buna imkan vermir. 3-cü uşaqdan sonra bu ödənişlər olsa həvəsləndirmə yaranar”, - deputat noyabrın 27-də Milli Məclisin komitə iclasında çıxışı zamanı deyib.
Deputat həmçinin 80 manatın artırılmasını vacibliyini vurğulayıb və bildirib ki, bu hər il 10 manar artırılsaydı indi məsələ həll olunmuşdu.
Gülnar Nazimqızı
www.anews.az
























