• $
  • €
  • ₽
  • ₺
  • £

Kanal 13-ün rəhbəri Əziz Orucovun şübhəli şəxs qismində tutulmasına qərar verilib

Kanal 13-ün rəhbəri Əziz Orucovun şübhəli şəxs qismində tutulmasına qərar verilib
28.11.2023 09:37
"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi açılıb. Bu barədə Meydan TV-yə onun vəkili Bəhruz Bayramov müsahibəsində bildirib. 
 
Vəkil qeyd edib ki, onun şübhəli şəxs qismində tutulmasına qərar verilib.

"Əziz Orucovun şəxsi evi yoxdur, qohumlarının evində yaşayır. Torpaq sahəsi alıb ki, özünə ev tiksin. O ərazidəki torpaq sahələrində yüzlərlə ev tikilib. Amma Əziz Orucov buna görə şübhəli şəxs qismində saxlanılır. Evində, ofisində axtarış aparılır. Qanuna görə 48 saat ərzində şübhəli şəxs qismində saxlanıla bilər. Bu müddətdə ya ona ittiham elan edilib, təqsirləndirilən şəxs qismində cəlb olunmalı, barəsində həbs və ya alternativ növdə qətimkan tədbiri seçilməlidir, ya da sərbəst buraxılmalıdır. Hətta təqsirləndirilən şəxs qismində cəlb olunsa belə, onun barəsində həbs qətimkan tədbiri seçilməsinə əsas yoxdur. Çünki yaşayış yeri məlumdur, qaçıb gizlənmək fikri də yoxdur. Cinayət Məcəlləsinin 188.2 maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir”, - vəkil əlavə edib.

Bu maddədə 3 ilə qədər azadlığın məhdudlaşdırılması (elektron qolbaqla hərəkət) və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
 
Noyabrın 27-də Əziz Orucovun ailə üzvləri onun saxlanması barəsində məlumat verib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol