• $
  • €
  • ₽
  • ₺
  • £

Laçında açıq səma muzeyi yaradılacaq

Laçında açıq səma muzeyi yaradılacaq
28.11.2023 22:16
Laçında "Laçının daş yaddaşı” adlı açıq səma altında muzey yaradılacaq.

"Report"un xəbərinə görə, Mədəniyyət Nazirliyi belə bir muzeyin yaradılması ideyasını bəyənib və dəstəkləyib.

Muzeydə nümayiş etdiriləcək daşlar rayonun kəndlərində toplanılaraq Laçın şəhərində yerləşən Yun zavodu adlanan əraziyə gətirilib.
Daşları laçınlı ziyalılar Azər Məmmədov və Akif Binəyerli toplayıb.
"İzi itməkdə olan qədim qəbiristanlıqlarda olan 7-8 ədədi istisna olmaqla qalanı baxımsızlıq ucbatından və qızılaxtaranlar tərəfindən qazılaraq bir kənara atılıb. Dağ yamaclarına yuvarlanmış şəkildə qalaraq itib batmaq üzrə olan bu tarixi əsərlər Laçının mərkəzində açıq muzeydə qorunacaq. Həmin abidələrin elmi cəhətdən araşdırılması yolu ilə tariximizi öyrənmək mümkün olacaq", - Azər Məmmədov bildirib.

Onun sözlərinə görə, kəndlərdən, meşələrdən, dağ yamaclarından, kolluqların içindən böyük çətinliklər hesabına 65 ədad abidəni toplayaraq Laçına gətiriblər.

Ermənilərin vandalizmə məruz qoyduğu daşlar tezliklə Laçın şəhərinin mərkəzində açıq səma altındakı muzeydə üç dildə nümayiş olunacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol