• $
  • €
  • ₽
  • ₺
  • £

2020-ci ilin noyabrından neçə nəfər mina qurbanı olub?- Açıqlama

2020-ci ilin noyabrından neçə nəfər mina qurbanı olub?- Açıqlama
06.12.2023 11:56
2020-ci il noyabrın 10-dan bu günə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olub. Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

"Ümumilikdə 110 347 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 795 piyada əleyhinə mina, 18 582 tank əleyhinə mina və 60 970 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir”, - ANAMA rəhbəri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumda çıxışında bildirib.

2020-ci ilin noyabrından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 114 400.9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.
 
Cari ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac Zeynalova
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol