• $
  • €
  • ₽
  • ₺
  • £

“Shokki Mokki” inklüziv təhsilə dəstək verməyə davam edir

“Shokki Mokki” inklüziv təhsilə dəstək verməyə davam edir
14.02.2024 13:02
"Shokki Mokki” Bakıda və bölgələrdə uşaqların təhsil və inkişafına töhfə verməkdə davam edir.


Belə ki, adıçəkilən marka UAFA təşkilatı ilə birgə "Məktəbim” layihəsi çərçivəsində bölgələrdə yaradılmış məktəbəqədər təhsil ocaqlarının sayını artırır.


Mütəmadi olaraq, marka və təşkilat tərəfindən xanım sahibkarların xüsusi metodologiya ilə apardığı hazırlıq prosesinə nəzarət edilir, valideynlərlə məsləhətləşmələr aparılır.


 Bu dəfə inklüziv təhsil imkanı yaradan layihənin xoşməramlı səfirləri tanınmış simalar Fira Cəlilova və Saleh Nəsirov Hacıqabul rayonunda yerləşən "Məktəbim” təhsil ocaqlarını ziyarət ediblər.


Layihənin tanıdılması və qadın sahibkarların dəstəklənməsinə töhfə verən məşhurlar mütəmadi olaraq, paytaxt və bölgələri ziyarət edərək, məktəbəqədər təhsilin vacibliyindən danışırlar.


Qeyd edək ki, milli markamız "Shokki Mokki”  "Xoşbəxt gələcəklər” şüarı altında UAFA təşkilatı ilə bərabər yola çıxaraq, Azərbaycanın fərqli bölgələrində artıq 50-dən çox "Məktəbim” təhsil müəssisəsinin   fəaliyyətə başlamasına dəstək verib. 


Layihə çərçivəsində 70-dən çox qadın sahibkarın şəxsi biznes qurmağa və 100-lərlə azyaşlının məktəbəqədər təhsilə çıxışına şərait yaradıb.


Layihənin məqsədi bölgələrdə keyfiyyətli təhsil ilə yanaşı, xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün də inklüziv tədris imkanları yaratmaqdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol