• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyadan buğda alışını artırıb

Azərbaycan Rusiyadan buğda alışını artırıb
20.02.2024 15:47
2023-cü il Azərbaycan Rusiyadan buğda alışını 0,9% artıraraq 1 milyon 17,453 min tona çatdırıb. Bu barədə İnterfaks məlumat yayıb. 
 
Bildirilib ki, 1 ton üçün 246,11 dollar vəsait xərclənib. 

Həmçinin Qazaxıstandan Azərbaycana buğda tədarükü 51 milyon 77,93 min dollar təşkil edib. 
 
Azərbaycana idxal edilən buğda 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Belə ki, azadedilmə 2027-ci ilin martın 1-nə kimi uzadılıb. 
 
2023- cü ilin sentyabrında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
 
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır. 
 
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir
 
 
Gülnar Nazimqızı 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol