• $
  • €
  • ₽
  • ₺
  • £

Su çərşənbəsində əvvəlki illərlə müqayisədə havanın temperaturu aşağıdır - Nazim Mahmudov

Su çərşənbəsində əvvəlki illərlə müqayisədə havanın temperaturu aşağıdır - Nazim Mahmudov
27.02.2024 13:00
2024-cü ilin Su çərşənbəsinin havası əvvəlki illərin hava şəraiti ilə müqayisədə daha aşağı temperaturdadır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, bu gün - Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 7 dərəcə, Aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

"Son illərin statistikasına görə, Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında mülayim isti hava şəraiti müşahidə olunsa da, bu il havanın temperaturu bir qədər aşağıdır. Məsələn, 2018-ci ilin Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 10 dərəcə isti, 2019-cu ildə 12 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 10 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə isə 16 dərəcə isti olub. Bu gün isə 7 dərəcəyədək isti müşahidə olunur”, -  o vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol