• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşların icbari sığorta ilə bağlı maarifləndirməsinə ehtiyac var - Komitə sədri

Vətəndaşların icbari sığorta ilə bağlı maarifləndirməsinə ehtiyac var - Komitə sədri
29.02.2024 11:43
Vətəndaşların 50%-ə yaxını icbari tibbi sığorta haqqında bilgilərə malik deyil. Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.
 
"Keçirdiyimiz 400 nəfərlik tədbirdə 11 nəfər icbari tibbi sığorta bilgilərinə malik olduğunu açıqladı. Əksər şəxslər isə bildirdi ki, işləmirsə bu xidmətdən faydalana bilməz. Dövlətin pul ayırdığı bu sahədən insanların biligləri yetərli deyil. Maarifləndirmə işlərinə ehtiyac var. Sosial Tədqiqatlar Mərkəzinin bununla bağlı sorğusunda da 50% yaxın şəxs bu hüquqlardan faydalanmadığığını açıqlayıb", - komitə sədri fevralın 29-da Milli Məclisin İnsan Hüquqları Komitəsində  "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı bildirib.  
 
 
2024-cü il dövlət büdcəsindən icbari tibbi sığorta üçün 2,5 milyard manat ayrılıb. 
 
2023-cü il Azərbaycanda  əhalinin 52%-i icbari tibbi sığortadan yararlanıb. İcbari Tibbi Sığorta Agentliyi 2016-ci il Prezidentin fərmanı ilə yaradılıb. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol