• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kino ittifaqları birləşib

Azərbaycan kino ittifaqları birləşib
05.03.2024 13:39
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq. Bunu Azərbaycan Kinomatoqrafiya ittifaqının katibi Əlisa Cabbarov deyib.

"Azərbaycandakı kino ittifaqları rəsmi şəkildə birləşdi. Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edildi", - Əlisa Cabbarov martın 5-də keçirilən Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə konfransında deyib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 12-də  təsis edilib. O zaman onun sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədova seçilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nİzami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunub və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçiliblr.
 
2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti səkkiz iclas keçirib. 

2 Avqust Milli kino günü münasibətilə keçirilən iclasda Milli Kino mükafatı təsis olunub. 
 
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) isə 1963- cü il yanvaırın 11-də  Respublika Kinematoqrafiya İşçilərinin I  Təsisat Qurultayında yaradılıb və 
peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır.

İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilib. 

Təşkilat fəaliyyətini əsasən Azərbaycan Respublikasının ərazisində həyata keçirir. Eyni zamanda digər ölkələrin kinematoqrafiya təşkilatları ilə yaradıcılıq və işgüzar əlaqələr həyata keçirir, öz üzvlərinin xarici ölkələrdəki maraqlarını təmsil edir, onların peşəkar, vətəndaş, sosial hüquqlarını müdafiə edir.

Bundan başqa, digər yaradıcı və ictimai təşkilatlarla, respublikanın dövlət orqanları ilə milli mədəniyyətin inkişaf konsepsiyalarının işlənib hazırlanmasında da yaxından iştirak edir.


Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol