Bu il Kərkicahana ilk köç olacaq

Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.Bu barədə Komitədən məlumat verilib.
Prezident İlham Əliyevin tapşırığı əsasında Kərkicahan qəsəbəsində məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib.
Bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.
www.anews.az
























