• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalaya qar yağıb - Faktiki hava

Zaqatalaya qar yağıb - Faktiki hava
08.03.2024 11:18
Martın 8-i saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.


Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 38 sm, Sarıbaşda (Qax) 15 sm, Xınalıqda 6 sm, Qrızda 3 sm, Şahdağda 2 sm, Daşkəsən, Gədəbəy, Qusarda 1 sm olub.


Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qaxda 12 mm, Şahbuzda 11 mm, Oğuz, Ordubadda 10 mm, Lənkəran, Zaqatalada 8 mm, Kəlbəcər, Şuşa, Cəfərxan, Yardımlı, Qəbələ, Balakən, Naxçıvan, Neftçala, Qobustan, Şərur, Astara, Xınalıq, Qusar, Zərdab, Quba, Beyləqan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Sədərək, Culfa, Göygöl, Naftalan, Gəncə, Ağstafa, İsmayıllı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Altıağac, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Şabran, Xaltan, Biləsuvar, Cəlilabad, Xaçmaz, Qrız, Şahdağda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.


Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metr olub.


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-də 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (dağlarda 6 dərəcəyədək şaxta), Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol