• $
  • €
  • ₽
  • ₺
  • £

Dubay hakimiyyəti xarici banklara 20 faiz vergi tətbiq edib

Dubay hakimiyyəti xarici banklara 20 faiz vergi tətbiq edib
08.03.2024 17:02
Dubay hakimiyyəti əmirlikdə fəaliyyət göstərən xarici banklara 20 faiz vergi tətbiq edib. Bu barədə Fed.az saytı yazıb.

Yeni qanun bütün xarici banklara, o cümlədən əmirliyin azad iqtisadi zonalarında qeydiyyatdan keçmiş banklara şamil ediləcək.

Dubay hökmdarı və BƏƏ-nin baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum əmirlikdə fəaliyyət göstərən xarici banklara illik 20% vergi tətbiq edən qanun qəbul edib. Bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yeni qanun bütün xarici banklara, o cümlədən əmirliyin azad iqtisadi zonalarında qeydiyyatdan keçmiş banklara şamil ediləcək. İstisna Dubay Beynəlxalq Maliyyə Mərkəzində fəaliyyət göstərmək üçün lisenziyası olan banklar olacaq.

"Xarici bank 2022-ci il tarixli 47 saylı Federal Qanunun müddəalarına uyğun olaraq 9% korporativ vergiyə cəlb edilərsə, onda onun məbləği vergi öhdəliklərinin ümumi məbləğindən çıxılacaq" - deyə Dubay hökumətinin mətbuat xidməti vurğulayıb. 

Bu qanunla bağlı birinci pozuntuya görə 500 min dirhəmə qədər (136,13 min dollar) cərimə nəzərdə tutur. İki il ərzində təkrar pozuntu halında kredit təşkilatını 1 milyon dirhəmə (272,26 min dollar) qədər cərimə gözləyir

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol