• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid övladları Soçidə festivalda iştirak ediblər

Şəhid övladları Soçidə festivalda iştirak ediblər
09.03.2024 15:11
1-7 mart 2024-cü il tarixlərində Rusiyanın Soçi şəhərinin "Sirius” Federal Ərazisində 190 ölkədən 20 mindən çox gəncin iştirakı ilə Ümumdünya Gənclər Festivalı keçirilib. 
 
NAYORA-nın təşkilatçılığı ilə Azərbaycan bu festivalda 150 nəfərlik geniş heyətlə təmsil olunub. 
 
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ülvi Fərəczadə və təşkilatın üzvü olan şəhid övladları - şəhid baş leytenant Elvin Zakirovun oğlu Toğrul Zakirov və şəhid baş leytenant Valeh Babayevin oğlu Səid Babayev də nümayəndə heyətinin tərkibində bu festivalda iştirak ediblər.
 
Bir həftə davam edən festival zamanı iştirakçılar müxtəlif mövzularda keçirilən təlim, mühazirə və seminarlarda iştirak ediblər, dünyanın müxtəlif bölgələrindən festivalda iştirak etmək üçün gələn ölkələrin mədəniyyətləri ilə tanış olublar və həmçinin Azərbaycan mədəniyyətinin də layiqincə tanıdılması üçün bir çox fəaliyyətlərdə iştirak ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol