• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi rayonlara yağış və qar yağıb - Faktiki hava

Bəzi rayonlara yağış və qar yağıb - Faktiki hava
11.03.2024 10:49
Martın 11-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətin bildirilib.


Qeyd edilib ki, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 11 sm, Şahbuzda 4 sm, Şahdağda 2 sm, Altıağac, Xaltan, Gədəbəy, Kişçay (Şəki), Qusarda 1 sm olub.


Düşən yağıntının miqdarı Lənkəran, Beyləqanda 24 mm, Sabirabadda 22 mm, Biləsuvarda 19 mm, Oğuzda 17 mm, İmişlidə 15 mm, Göyçay, Zərdabda 13 mm, Yardımlı, Astara, Ağdamda 12 mm, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Gəncə, Şəmkir, Göygöl, Daşkəsən, Tərtər, Kürdəmir, Lerik, Qəbələ, Şəki, Neftçala, İsmayıllı, Gədəbəy, Qobustan, Naxçıvan, Sədərək, Şərur, Ordubad, Culfa, Şahbuz, Quba, Qusar, Şabran, Cəlilabad, Şirvan, Balakən, Zaqatala, Qax, Şamaxı, Qrız, Şahdağ, Altıağac, Xaltanda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.


Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Qusar, Qrız, Tərtər, Kürdəmir, Göyçay, Sabirabad, Biləsuvar, Lerik, Sumqayıtda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 1-3, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol