• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda həbs edilən 2 nəfər Özbəkistana ekstradisiya olunub

Azərbaycanda həbs edilən 2 nəfər Özbəkistana ekstradisiya olunub
11.03.2024 18:52
Özbəkistanın axtarışı ilə həbs edilən şəxslər həmin ölkəyə ekstradisiya edilib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Şodiyev Şaxboz Komil oğlu və 1997-ci il təvəllüdlü Satımboev Şaxboz Akmalxon oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda dələduzluq, mənimsəmə və ya israf etmə, rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə əməllərinin törədilməsində təqsirləndirilən Ş.K.Şodiyev, dələduzluq, pasport və ya digər mühüm şəxsi sənədlərin qanunsuz əldə edilməsi əməllərinin törədilməsində isə təqsirləndirlən Ş.A.Satımboev beynəlxalq axtarışa verilib.

Qeyd olunan şəxslər 2023-cü ildə Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə sorğu edən ölkənin səlahiyyətli orqanlarına təhvil veriliblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol