• $
  • €
  • ₽
  • ₺
  • £

“Abzas media”-nın direktoru və baş redaktorunun həbs müddəti uzadılıb

“Abzas media”-nın direktoru və baş redaktorunun həbs müddəti uzadılıb
14.03.2024 12:43
"Abzas media”-nın direktoru Ülvi Həsənlinin və baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti 2 ay 29 gün uzadılıb. Bu barədə Xətai Rayon Məhkəməsində qərar qəbul olunub.
 
2023-cü ilin noyabrın 20-də "Abzas Media"nın direktoru Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə xarici valyutada qaçaq yolu ilə pul keçirtmə) ilə həbs olunub. Daha sonra AbzasMedianın redaktoru Sevinc Vaqifqızı eyni maddə ilə ittiham olunaraq saxlanılıb.
 
Bundan sonra noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında isə 3 ay 29 gün, medianın təsisçisi Ülvi Həsənliyə isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Noyabrın 24-ü "Abzas Media”-nın direktor müavini Məhəmməd Kekalov eyni maddə ilə saxlanılaraq barəsində 3 ay 27 gün müddətinə həbs edilib.
 
Dekabrın 1-də isə "Abzas Media"nın əməkdaşı Nərgiz Abssalamova ilə bağlı 3 aylıq həbs qərarı verilib.
 
2024-cü il yanvarın 15-də "Abzas Media” işi üzrə saxlanılan jurnalist Elnarə Qasımova da eyni maddə ilə ittiham olunaraq 2 ay 17 gün müddətinə həbs edilib. 
 
Aygün Mirakif



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol