• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanında antiterror tədbirlərindən suallar salınacaq

Qəbul imtahanında antiterror tədbirlərindən suallar salınacaq
14.03.2024 18:15
Dövlət İmtahan Mərkəzi "2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”nə aid yenilənmiş məqaləni təqdim edib.Bu barədə DİM-dən məlumat verilib.
 
Qarabağda antiterror tədbirlərinə dair 2024-cü il "Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin ötən ilin noyabr ayından mərkəzin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
 
2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri;

Антитеррористические мероприятия локального характера Азербайджанской армии в Карабахском регионе 19-20 сентября 2023 года.
 
Mövzunun vacibliyi nəzərə alınaraq, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən "2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna aid tapşırıqlar da istifadə ediləcək.
 
2024-cü il "Abituriyent” jurnalının 2-ci sayında rus bölməsi üçün Ədəbiyyat (Литература) fənnindən dərc edilmiş "Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде” məqaləsi ilə isə bu keçid vasitəsilə tanış ola bilərsiniz.
 
Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде.
 
Məlumat üçün bir daha bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzular haqqında istifadədə olan dərsliklərdən bilgi almayıblar.
 
Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol