• $
  • €
  • ₽
  • ₺
  • £

Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görüləcək

Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görüləcək
15.03.2024 09:42
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksinin ərazisində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görməyə hazırlaşır. Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu tədbirlər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında ilk dəfə görüləcək.

"Nazirliyin mütəxəssisləri burada qiymətləndirmə işləri aparıb və qərar veriblər ki, mümkün sürüşmə təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülsün",- məlumatda qeyd olunub.

Bakı Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarına və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilib.
 
Tikinti işləri 1979-cu ildə başlayıb və 1996-cı ildə inşası yekunlaşdırılıb.
 
Qüllənin hündürlüyü 310 metrdir (Xəzər dənizi səviyyəsindən 480 metr).
 
Bu Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol