• $
  • €
  • ₽
  • ₺
  • £

Nicat Lənkəranskiyə hökm oxunub

Nicat Lənkəranskiyə hökm oxunub
18.03.2024 18:35
Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Nicat Əkbərovun əməli Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif olunub. Həmçinin eyni məcəllənin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilərək müttəhim Əkbərova 1 il 1 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin müddət barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan hesablanır. Müttəhim 23 gün sonra azadlığa buraxılacaq. 
Prokuror ona 5 il həbs cəzası istəmişdi.

"Nicat Lənkəranski” kimi tanınan Əkbərov ötən ilin martında həbs edilmişdi.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik dövriyyəsi ) maddəsi ilə ittiham irəli sürülmüşdü.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol