• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
20.03.2024 10:30
Martın 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq rayonlarda qar yağıb.Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 43 sm, Qrızda 32 sm, Daşkəsəndə 24 sm, Ordubadda 6 sm olub.

Düşən yağıntının miqdarı Zaqatalada 53 mm, Şəkidə 39 mm, Şərurda 38 mm, Oğuzda 33 mm, Balakən, Mingəçevirdə 26 mm, Naxçıvan, Qəbələdə 24 mm, Göyçay, Beyləqan, Sədərəkdə 21 mm, Lənkəran, Gədəbəydə 20 mm, Yevlax, Ağdamda 16 mm, Qubada 15 mm, Astara, Zərdabda 14 mm, Şahbuz, Ordubadda 12 mm, İmişli, Culfa, Qusar, Tərtər, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Naftalan, Neftçalada 11 mm-dək, Bakıda və Abşeron yarımadasında:
Maştağada 24 mm, Binədə 18 mm, Bakı, Sumqayıtda 16 mm, Pirallahıda 12 mm-dək olub.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23-27 m/s-dək güclənib.
Neft Daşları stansiyanın məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Daşkəsən, Qrız, Naxçıvan, Şahbuz, Göygöl, Balakən, Qəbələ, Şəki, Qax, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7, Naxçıvan MR-da 5, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol