• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda təlim keçib

Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda təlim keçib
05.04.2024 16:07
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək "Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.

Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub. Komanda-qərargah təliminə cəlb olunan tank, artilleriya, hava hücumundan müdafiə və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.

Təlimin gedişində xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində, çətin keçidli dağ və qayalıq ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları, o cümlədən şərti düşmənin vacib obyektlərinə basqın fəaliyyətləri yerinə yetirilib. Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.
Təlimin yekununda əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
В воскресенье в Баку воздух прогреется до 18 градусов
Cəmiyyət 13:03
В воскресенье в Баку воздух прогреется до 18 градусов
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol