• $
  • €
  • ₽
  • ₺
  • £

Çayçılıq sənayesinə təsir edəcək addım

Çayçılıq sənayesinə təsir edəcək addım
06.04.2024 13:40
Ölkə iqtisadiyyatının gəlirli və əməktutumlu sahələrindən biri də çayçılıqdır. 


Çayçılıq sənayesi Azərbaycanda son dönəmlər çox ciddi inkişaf edib.


 "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulur. 


 "Azerçay” da bu proqramı əsas götürərək çay istehsalı sahəsində olan işləri daha da intensivləşdirib.


Doğma çay markası Azərbaycanda ilk dəfə 2021-ci ildə berqamot yetişdirilməsinə başlayıb. 


Azərbaycanda ilk dəfə əkilən berqamot bitkisi artıq 2022-ci ildə öz meyvələrini verib və məhsuldarlıq kifayət qədər yüksək olub.


Cari ildə də berqamot plantasiyalarının genişləndirilməsi istiqamətində işlər görülür. 


Berqamot yetişdirilməsi üçün tamamilə təbii yollarla subtropik meyvələr yetişən münbit torpaq və hava şəraiti uyğun olan ərazilər seçilib.


"Azerçay”ın belə bir ilkə imza atması ölkəmizdə çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, eyni zamanda berqamota olan daxili tələbatın ödənilməsinə müsbət təsir edir. 


Bu, həmçinin, berqamotun idxaldan asılılığını azaldacaq. 


Dünyanın 40-dan çox ölkəsinə ixrac olunan "Azerçay” bu addımları ilə həmçinin kənd əhalisinin məşğulluq səviyyəsini yüksəldir, çayçılığın inkişafını stimullaşdırır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
В воскресенье в Баку воздух прогреется до 18 градусов
Cəmiyyət 13:03
В воскресенье в Баку воздух прогреется до 18 градусов
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol