• $
  • €
  • ₽
  • ₺
  • £

Salam Sarvanın əməliyyat və müalicə xərcləri ödəniləcək

Salam Sarvanın əməliyyat və müalicə xərcləri ödəniləcək
06.04.2024 17:20
Bu günlərdə səhhətində ciddi problemlər yaranan Azərbaycanın tanınmış şairi Salam Sarvanın əməliyyat və müalicə xərcləri qarşılanacaq. 

Şairin səhhəti ilə bağlı məlumatlar sadə vətəndaşların və aidiyyəti qurumların ciddi reaksiyasına səbəb olub. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələyə dərhal reaksiya verərək onun bütün müalicə və əməliyyat xərclərinin qarşılanacağını bildirib.

Artıq Salam Sarvanın həkimi Mircəlal Kazımi ilə də əlaqə saxlanılıb, bütün prosedurlar nəzarətə götürülüb. Onun yaxın günlərdə Dövlət Gömrük Hospitalında növbəti dəfə əməliyyat olunacağı gözlənilir. M.Kazımi müalicənin prosedura uyğun davam etdirildiyini qeyd edib.  

Şair özü də vəziyyəti ilə bağlı "Qafqazinfo”ya açıqlama verib. Bildirib ki, səhhətində yaranan problemlə əlaqədar cəmiyyətin belə həssas reaksiyası onu çox təsirləndirib. S.Sarvan müalicəsində zəhməti olan həkimlərə, hətta ona dua edən insanlara təşəkkürünü ifadə edib. 

Salam Sarvanın səhhətində son günlər ciddi problem üzə çıxıb, qaraciyəri ilə öd kisəsi arasında şiş əmələ gəlib. Şair ilk əməliyyatı keçirib, ikinci əməliyyata hazırlaşır. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
В воскресенье в Баку воздух прогреется до 18 градусов
Cəmiyyət 13:03
В воскресенье в Баку воздух прогреется до 18 градусов
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol