• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda silah və narkotik satışına görə 4 nəfər saxlanılıb

Bakıda silah və narkotik satışına görə 4 nəfər saxlanılıb
22.04.2024 14:11
Nəsimi rayonunda silah və narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Rövşən Fətullayev saxlanılıb. Ondan "Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb. R.Fətullayev silahı satmaq niyyəti ilə özündə saxladığını bildirib.


İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il təvəlüldlü Asif Yaqubəliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
В воскресенье в Баку воздух прогреется до 18 градусов
Cəmiyyət 13:03
В воскресенье в Баку воздух прогреется до 18 градусов
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol