• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!

Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!
24.05.2024 19:24
Layihə əhalinin internetdəki təhdidlər barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir.

Ölkənin lider mobil operatoru Azercell-in və "GİD CSR Consulting”in tərəfdaşlığı, həmçinin Naxçıvan MR Təhsil Nazirliyinin dəstəyi ilə Naxçıvan şəhərində "Təhlükəsiz internet” layihəsi baş tutub. Layihə çərçivəsində şagird və kursantlar üçün maarifləndirici dərs keçirilib.
Naxçıvan məktəbliləri onlayn təhdid və təhlükələr barədə, həmçinin onlarla mübarizə yolları haqqında məlumatlar əldə ediblər.

Sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilən dərsdə iştirakçılar aşağıdakı mövzularla tanış olublar:

· virtual tanışların yoxlanılması;

· şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;

· şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;

· şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;

· trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək

"Təhlükəsiz internet” layihəsi çərçivəsində dərslər "GİD CSR Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılır. "Təhlükəsiz internet” layihəsində 300-dən çox şagird və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.

"Azercell” 2016-cı ildən mütəmadi olaraq internet təhlükəsizliyi haqqında maarifləndirici layihələr həyata keçirir. Bu illər ərzində müxtəlif yaşda olan 1500-dən çox internet istifadəçisi bu layihələrdən yararlanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol