• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamın Güllücə kəndində ümumilikdə 1042 evin tikilməsi nəzərdə tutulub

Ağdamın Güllücə kəndində ümumilikdə 1042 evin tikilməsi nəzərdə tutulub
30.05.2024 11:29
Ağdamın Güllücə kəndində ümumilikdə 1042 evin tikilməsi nəzərdə tutulub. Bu barədə Reporta Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Ümid İsazadə məlumat verib.

Brinci mərhələdə kənd üçün ayrılan ərazinin 225 hektarında 113 fərdi yaşayış evinin inşası nəzərdə tutulub. Həmin evlərdən 22-si iki, 57-si üç, 28-i dörd, 6-sı isə beşotaqlı olacaq. Güllücə kəndində 480 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçası inşa ediləcək.
 
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli, Güllücə,Nəmirli və Şotlanlı kəndlərinin  təməlini qoyub.
 
Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.

Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.
 
Aytac


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol