• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il qızılcaya yoluxan uşaqların sayı açıqlanıb

Ötən il qızılcaya yoluxan uşaqların sayı açıqlanıb
03.06.2024 17:15
2023-cü ildə 13,2 min nəfərdə qızılcaya yoluxma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.
 
Bildirilib ki, ötən il 94,1 min uşağa 1-ci doza, 117.9 min uşağa isə 2-ci doza QPM (qızılcaya, məxmərəyə, epidemik parotite qarşı) peyvəndi vurulub.
 
ÜST-ün açıqlamasında qeyd olunur ki, ilin sonuna qədər bütün ölkələrin yarıdan çoxu qızılca xəstəliyinə yoluxma riski var. Təxminən dünyada 142 milyon uşağın bu virusa yoluxması ehtimal edilir. 
 
Təşkilatın açıqlamasında qızılcadan ölən bütün uşaqların 92 faizi dünya əhalisinin dörddə birindən az hissəsi arasında, əsasən də çox aşağı gəlirli ölkələrdə yaşadığı deyilir. 
 

Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol