• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar" Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır

"Nar" Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
06.06.2024 18:16
Sərfəli qiymətləri və sosial layihələri ilə bölgələrə xüsusi diqqət göstərən "Nar" bu dəfə Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində yüksək səviyyəli görüş keçirərək universitetlə ilk əməkdaşlıq layihəsinə start verib.

Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu çərçivəsində reallaşan ilk layihə "Nar"ın texniki heyəti tərəfindən texniki ixtisaslarda təhsil alan tələbələr üçün hazırlanan və keçirilən "Mobil rabitənin əsasları" təlimi olub. Qabaqcıl mobil texnologiyalara hakim olan sənaye mütəxəssislərinin hazırlanması və onların ixtisasların uyğun karyera qurması məqsədilə keçirilən təlim tələbələrə öz nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməyə imkan verib.

Qeyd edək ki, "Nar" və Azərbaycan Texnologiya Universiteti bu ilin fevral ayında Anlaşma Memorandumu imzalayaraq telekom sahəsinin peşəkarlarını hazırlamaq istiqamətində əməkdaşlığa başlayıb. Əməkdaşlığın əsas məqsədi Azərbaycanın regionlarında da rabitə sənayesi və akademik təhsil arasında körpü quraraq ölkənin rabitə peşəkarlarını hazırlamaqdır.

"Nar"ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol