• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumət 80 manatın artırılması məsələsini müzakirə edəcək

Hökumət 80 manatın artırılması məsələsini müzakirə edəcək
12.06.2024 12:25
Müharibə veteranlarının 80 manatının artırılamsı məsələsinə hökumət tərəfindən baxılacaq. Bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib. 

"Sosial yönümlü layihələr hökumətin əsas siyasət istiqamətlərindəndir. Sadəcə bu sahəyə aid olan nazirlik buna kompleks yanaşır və təkliflər də kompleks yanaşmadan irəli gəlir. Çox aktual məsələdir. Hökumət bu məsələyə baxacaq. Hesab edirəm ki, daha geniş müzakirə edə bilərik”, - nazir müavini iyunun 12-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Mayın 25-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov veteranlara verilən 80 manatın artırılması ilə bağlı məsələnin növbəti dəfələrdə müzakirə edilə biləcəyini söyləyib. 

Deputat Aqil Məmmədov mayın 24-də Əmək və sosial siyasət komitəsinin iclasında söyləyib ki, veteranlar 80 manatın artırılması ilə bağlı onlara müraciətlər edir. 
 
Ötən ilin noyabrında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək və sosial siyasət komitəsinin iclasında çıxışında bildirib ki, Müharibə iştirakçılarına 80 mana komunal xərclərin verilməsi üçün ödənilir və bu müavinətin arıtırılmasına baxılacaq.

Bundan əvvəl Milli Məclisin bir neçə iclaslarında deputatlar müharibə iştirakçılarına verilən 80 manatın arıtırlmasını təklif edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol