• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram günlərində 47 min 306 sərnişin daşınıb - AYNA

Bayram günlərində 47 min 306 sərnişin daşınıb - AYNA
20.06.2024 17:34
Bayram günlərində Azərbaycanda fəaliyyət göstərən avtovağzal və avtostansiyalarda 47 min 306 sərnişin daşınıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 
Həmçinin bildirilib ki, ümumilikdə 1591 reys həyata keçirilib, xətlərə əlavə 200-yə yaxın avtobus buraxılıb. 
 
2024-cü ilin aprelinə qədər Bakı və Abşeronda sərnişindaşımanı həyata keçirən müntəzəm marşrut xətləri üzrə 1 824 avtobus nağdsız ödəniş sisteminə keçirilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% çoxdur.

2023-cü ilin aprelinədək Bakı və Abşeronda 1 596 avtobus nağdsız ödəniş sisteminə keçirilib.
 
Bakıda avtobuslarla sərnişin daşıma 5 ildə (2016-2022) 20,2% artaraq 502 milyona çatıb.

2016-cı ildə paytaxtda avtobuslarla daşınan sərnişinlərin sayı 629 milyon, 2017-ci ildə 659 milyon, 2018-ci ildə 704 milyon, 2019-cu ildə 801 milyon, 2020-ci ildə 413 milyon, 2021-ci ildə isə 444 milyon olub.
 
Martın 28-də Azərbaycanda müntəzəm sərnişindaşımalarla məşğul olan avtobuslara rəng tələbi qoyulacağı bildirilib. Nazirlər kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də bunun iyulun 1-də qüvvəyə minəcəyi bildirilib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol