• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərkosmos”un vəzifələri artırılıb

“Azərkosmos”un vəzifələri artırılıb
25.06.2024 20:21

"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsində dəyişiklik edilib.Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qurum milli kosmik operator funksiyalarını həyata keçirən publik hüquqi şəxsdir.

Həmçinin "Azərkosmos"un fəaliyyət istiqamətləri genişləndirilib:

- kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsini və həmin fəaliyyətə texniki nəzarəti həyata keçirmək,

- kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair qəbul etdiyi məlumatları "Ay və digər səma cisimləri 2 də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim etmək,
 
- "Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqeləri, onlarla əlaqədar radiotezlikləri, habelə peyk şəbəkələrini Nazirliklə birgə koordinasiya etmək,

- Azərbaycan Respublikasının, habelə xarici ölkələrin telekommunikasiya peykləri vasitəsilə ölkə daxilində və xaricdə peyk sistemlərini və telekommunikasiya peyk şəbəkələrini təşkil etmək,

- Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən Nazirlik tərəfindən təsdiq edilmiş göstəricilərdə ilkin informasiyaların Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulunu həyata keçirmək,

- kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin kosmik operatoru tərəfindən idarə edilməsi mümkün olmadıqda, "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə əsasən kosmik uçuşun təhlükəsizliyi üçün onun əvəzinə kosmik obyektin (mülkiyyətçisinin təmin etdiyi) müvəqqəti idarə edilməsini həyata keçirmək.

Bununla yanaşı, qurumun vəzifələri sırasında kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması üçün tədbirlər görmək yer alıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol