• $
  • €
  • ₽
  • ₺
  • £

Əvvəllər bilik daha önəmli sayılırdısa, indi fərqli bacarıqlara daha çox üstünlük verilir - Nazir

Əvvəllər bilik daha önəmli sayılırdısa, indi fərqli bacarıqlara daha çox üstünlük verilir - Nazir
27.06.2024 11:51
Əvvəllər bilik daha önəmli sayılırdısa, indiki dövrdə fərqli bacarıqlara daha çox üstünlük verilir. Bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib.  

"Şagirdlərimizin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr göatərir ki, onların iş həyatına atılmaları üçün lazımi praktiki bacarıqları yetərli olmaya bilir. SABAH Akademiyasını yaradarkən istedadlı tələbələri ölkənin iqtisadi liderləri ilə bir araya gətirməyi hədəfləyirdik. 

Ölkəmizdə 15 yaşına qədər gənclərin 2 faizi aldıqları təhsil sayəsində dünyanın qabaqcıl ölkələrində yüksək təhsil almış yaşıdları ilə bərabərsəviyyəli bilik və bacarıqlara malikdirlər. Böyük inkişafa nail olmaq üçün ani dəyişiklikdənsə, bizim etdiyimiz kimi dəyişikliyə mərhələli formada məktəbdən başlamaq lazımdır", -Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı qeyd edib.

Nazir qeyd edib ki, bu il rəqəmsal bacarıqların ilk məzunları olacaq. Bu, Azərbaycan təhsili üçün önəmli yenilikdir. 

"Rəqəmsal bacarıqlar" layihəsinin məzunları yaşıdlarından fərqli olaraq startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar", - o söyləyib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol