• $
  • €
  • ₽
  • ₺
  • £

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiq edilib

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiq edilib
28.06.2024 19:55
Azərbaycanda su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiq edilib.Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Su şəbəkəsinə qoşulma sahəsində aparılmış ən son islahatlar nəticəsində şəbəkəyə qoşulmanın 3 prosedur üzrə ümumilikdə 30 gün müddətində həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu və təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli 305 nömrəli Qərarı ilə "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası” təsdiq edilib.

Yeni qaydalara əsasən, məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri sifarişçinin ödənişi əsasında su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması üçün də sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir. Lakin bu zaman layihənin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podrat təşkilat və ya su təchizatı müəssisələri tərəfindən həyata keçirilir. Qaydalara əsasən, qoşulma layihələri hazırlanarkən, tikinti obyektinin yerləşdiyi ərazidə ən yaxın məsafədə tələbata, şəhərsalma və tikinti normalarına uyğun su təchizatı mənbəyi mövcud olmalıdır.

Məlumata deyilir ki, yeni qaydalar "Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli 52 nömrəli Fərmanının icrası məqsədilə hazırlanıb.

Bütövlükdə su şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi "Su şəbəkəsinə qoşulma” işçi qrupu tərəfindən təşəbbüs olunub və işçi qrupu çərçivəsində müzakirələr aparılaraq müvafiq təkliflər təqdim olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol