• $
  • €
  • ₽
  • ₺
  • £

Orduya "yararsız"ların aqibəti necə olacaq? - Rəsmi açıqlama

Orduya "yararsız"ların  aqibəti necə olacaq? - Rəsmi açıqlama
01.07.2024 22:00
35 yaşı tamam olmamış və əvvəlki illərdə barələrində "yararsız! qərarı qəbul edilmiş, lakin möhlət hüququ bitən vətəndaşların müayinəsi də təkrar hərbi həkim komissiyası tərəfindən həyata keçiriləcək.
 
"Qafqazinfo" məlumatına görə, bunu açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Ramin Rzayev deyib.

Qurum rəsmisinin sözlərinə görə, yenidən yararsızlıq barədə qərar qəbul edilməsi üçün isə çağırışçılar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriləcək:

"Əvvəlki qayda ilə Hərbi Komissarlıq tərəfindən elektron bildiriş göndərilməklə çağırışçılar çağırışa cəlb olunacaqlar.  Çağırışa cəlb olunan şəxslər mütləq müayinə metodlarından keçməsi üçün elektron qaydada tibb müəssisəsinə yönləndiriləcklər. Tibb müəssisəsindən qeydiyyatdan və müayinədən keçdikdən sonra əllərindəki nəticələr Səfərbərlik Xidmətinin elektron sisteminə yüklənəcək. Səfərbərlik Xidməti həmin şəxsləri 9 həkimdən ibarət hərbi-həkim komissiyası tərkibində müayinə edəcək, onlar barədə yararlı, məhdud yararlı və yararsızlıq barədə qərar qəbul edəcək. Yararlı şəxslər  birbaşa hərbi xidmət üçün hərbi hissələrə veriləcək”. 

Bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol