• $
  • €
  • ₽
  • ₺
  • £

Antalyada göyərtəsində Azərbaycan vətəndaşı olan yaxta saxlanılıb

Antalyada göyərtəsində Azərbaycan vətəndaşı olan yaxta saxlanılıb
15.07.2024 17:38
Antalya polisi Rusiya Federasiyasında rüşvət aldığı üçün axtarışda olan və barəsində İnterpolun qırmızı bülleteni olan rusiyalını saxlayıb.

TRT telekanalının Antalya qubernatorluğuna istinadən verdiyi məlumata görə, əməliyyat şübhəlinin qaçmağı planlaşdırdığı Ukrayna bayrağı altında üzən yaxtada həyata keçirilib.

Saxlanılan şəxs baş hərfləri A.P olan 58 yaşlı Rusiya vətəndaşıdır. Yaxtanın göyərtəsində onun Azərbaycan vətəndaşı olan oğlu və Ukrayna vətəndaşı olan başqa bir şəxs olub. Əməliyyat şübhəlinin Türkiyəni dəniz yolu ilə tərk etməyə çalışacağı barədə polisə məlumat daxil olduqdan sonra həyata keçirilib.

A.P. yaşayış icazəsinin müddəti bitdiyi üçün saxlanılaraq Antalya Miqrasiya İdarəsinə aparılıb.
 
Onun oğlu və yaxtada saxlanılan ukraynalı sərbəst buraxılıb.
 
Axtarış zamanı polis axtarışda olan şəxsdən 7 min avro, 5 min dollar, 200 taylant batı, türk şəxsiyyət vəsiqəsi, Rusiya pasportu, 4 ədəd mobil telefon, 1 ədəd noutbuk müsadirə edib.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol