• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA sahibkarlara xəbərdarlıq edib

AQTA sahibkarlara xəbərdarlıq edib
25.07.2024 18:19
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı qüvvəyə mindiyi gündən etibarən ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının və yem əlavələrinin qeydiyyatı prosesi həyata keçirilir.Bu barədə AQTA-dan daxil olan məlumatda deyilir.

Bildirilib ki, "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılan prosesdə məqsəd ölkə ərazisində dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsidir:

"Agentlik bu cür yem məhsullarının idxalını həyata keçirmək istəyən sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdə qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların dövriyyəsi qadağandır. Qanunvericiliyin tələblərinə uyğun olmayan yem məhsulları və yem əlavələrinin ölkəmizə idxalına Agentlik tərəfindən icazə verilməyəcək. Tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının, həmçinin yem əlavələrinin idxalını həyata keçirmək istəyən sahibkarlar qeydiyyat üçün Agentliyə ərizə və qərarda nəzərdə tutulan müvafiq sənədlərlə müraciət etməlidirlər".

AQTA bu sahədə fəaliyyət göstərən sahibkarların nəzərinə çatdırıb ki, qeydiyyata alınan həmin yem məhsulları və yem əlavələri Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan zaman məhsullar üzərində dövlət nəzarəti, sənəd nəzarəti, eynilik və fiziki nəzarəti həyata keçirilir. İdxal olunmuş yem məhsulu qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, AQTA tərəfindən idxal sağlamlıq aktı tərtib edilir ki, bu da idxalatçıya məhsul üzərində sərəncam vermək hüququ yaradır:

"Aparılan nəzarət tədbirləri nəticəsində həmin yem məhsulları qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, Agentlik tərəfindən həmin yem məhsulunun utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol