• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda uçuşa dair məlumatların mühafizə edilməsi qaydası təsdiqlənib

Azərbaycanda uçuşa dair məlumatların mühafizə edilməsi qaydası təsdiqlənib
05.08.2024 12:02
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi Qaydası”nı təsdiqləyib.

Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, hava gəmisinin istismarçısı onun uçuş məlumatının qeydiyyatını, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğularla təchiz olunmasını təmin etməlidir.

Bundan başqa, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın araşdırma zamanı qurğuları oxumaq üçün imkanları olmadığı halda aşağıdakılar nəzərə alınmaqla xarici dövlətlərin və beynəlxalq təşkilatların aidiyyəti qurumlarının yaratdığı imkanlardan istifadəsinə yol veriləcək:

- oxuma qurğusunun olması;

- oxunuşun vaxtında aparılması;

- oxuma qurğusunun olduğu yer.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol