• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlərin sayı artıb

Qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlərin sayı artıb
14.08.2024 16:00
2024-cü ilin altı ayında Azərbaycanda qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlərin sayında 5,3% artım olub. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 
 
Həmçinin cinayət törədənlərin arasında qadınların xüsusi çəkisi 5,1%, 14-17 yaşlı uşaqların xüsusi çəkisi isə 2,2% təşkil edib.  
 
Hesabat dövründə ölkə ərazisində 18518 cinayət faktı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azalma deməkdir. 
 
Cinayət törədənlərin 58,5%-i əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,1%-i isə əvvəllər də cinayət törətmiş şəxslərdir.
 
Həmçinin qeydə alınan cinayətlərin 787-si məişət zorakılığı ilə bağlı olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,4% çoxdur.  
 
Məişət zorakılığı ilə bağlı cinayətlərin 112-si əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 38-i isə sərxoş vəziyyətdə törədilib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol