• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib
23.08.2024 20:20
Hərbi Hava Qüvvələrinin (HHQ) tabeliyindəki N saylı hərbi-hissənin yanacaq-sürtgü materialları xidmətinin rəisi həbs edilib.

"Qafqazinfo”nun məlumatına görə, kapitan rütbəsi ilə xidmət edən Həsənov Ülvi Bəxtiyar oğlu dövlət əmlakını talamaqda ittiham olunur.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ülvi Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatı hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.

Qurum rəsmisi bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar  oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol