• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Qasımov Qubad İbadoğlunu məhkəməyə çağırır

Fazil Qasımov Qubad İbadoğlunu məhkəməyə çağırır
29.08.2024 20:47
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə istintaqı davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında Fazil Qasımov bir sıra vəsatətlər qaldırıb.Bunlardan biri Qubad İbadoğlunun onun işində şahid qismində tanınmaması ilə bağlıdır.Qasımov və vəkili istintaqın bu qərarına etiraz ediblər.Onlar İbadoğlunun məhkəmədə dindirilməsini tələb ediblər:
"Qubad İbadoğlu məhkəməyə gəlməlidir, onun dindirilməsi zəruridir" , - vəkil qeyd edib.

Prokuror Fuad Musayev isə indiki mərhələdə vəsatətə münasibət bildirməyin düzgün olmadığını deyib:
"Hələ ittiham tərəfinin şahidlərini dindirək, sonra bu məsələyə baxarıq" , - prokuror əlavə edib.

Məhkəmə indiki mərhələdə vəsatəti baxılmamış saxlayıb. Müttəhim Qasımov daha sonra özünü təqsirsiz hesab etdiyini bəyan edərək, cinayət işinə xitam verilməsini, bu olmadıqda isə ev dustaqlığına buraxılmasını xahiş edib. O, sonuncu vəsatətində isə istintaq dövründə verdiyi bir ifadənin və 6 oktyabr tarixli üzləşmə protokolunun sübutlar siyahısından çıxarılmasını istəyib. Qasımov çıxarılmasını istədiyi ifadəsində Qubad İbadoğlunun əleyhinə danışıb. Məhkəmə ev dustaqlığı və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətləri rədd edib. Sübutlar siyahısından çıxarılma ilə bağlı məsələyə isə məhkəmə araşdırmanın sonunda qiymət veriləcəyini elan edib.

İş vaxtının bitməsi səbəbindən məhkəmə istintaqının başlaması sentyabrın 19-a qədər təxirə salınıb. Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol