• $
  • €
  • ₽
  • ₺
  • £

Yeddi ayda sahibsiz heyvanların səbəb olduğu yol qəzalarında 4 nəfər ölüb

Yeddi ayda sahibsiz heyvanların səbəb olduğu yol qəzalarında 4 nəfər ölüb
30.08.2024 13:22
Bu ilin yeddi ayı ərzində sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində 4 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


DİN xatırladıb ki, qanunvericilikdə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, mal-qaranı və at arabasını sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə məsuliyyət nəzərdə tutulub və belə qəzalar zamanı mal-qara sahiblərinin məsuliyyətdən kənarda qalmaması üçün kəsərli tədbirlər görülür.


Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi yol qəzalarının səbəbləri içərisində sahibsiz ev və ya vəhşi heyvanın vurulması hallarının aktual olduğunu nəzərə alaraq sürücüləri də hərəkət zamanı diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağa çağırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol