• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabrdan 50 mindən çox müəllim artımla maaş alacaq

Oktyabrdan 50 mindən çox müəllim artımla maaş alacaq
19.09.2024 22:27
Sertifikasiya imtahanının müsahibə mərhələsindən sonra ümumilikdə artımla əməkhaqqı alan müəllimlərin sayının 55 minə çatması gözlənilir.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktoru Eşqi Bağırov "QəbuldASAN”verlişində çıxışı zamanı deyib.

O qeyd edib ki, oktyabr ayının birinci yarısı sertifikasiya imtahanın müsahibə mərhələsi başa çatacaq.

"Bu prossesdən keçən bütün müəllimlər əməkhaqqlarını artımla alacaqlar.Ümumilikdə artımla əməkhaqqı alan müəllimlərin sayı 55 minə çatacaq. Ötən il sertifikasiyada uğursuz olan müəllimlərə bir il ərzində əlavə dəstəkləyici tədbirlər təşkil edildi. Ötən il sertifikasiyadan kəsilən 8 min müəllimin bu il 50 faizi imtahanda uğur qazandı”,- deyə o bildirib.

Qeyd edək ki, cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb edilib. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol