• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan klassik avtomobil kolleksiyası yüksək mükafat aldı - Video

Azərbaycan klassik avtomobil kolleksiyası yüksək mükafat aldı - Video
14.12.2024 17:36
Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Avtomobil Federasıyasının (FIA) Baş Assambleyanın iclası və Mükafatlandırma Mərasimində Azərbaycan Avtomobil Federasiyasının "Klassik Avtomobil Sərgisi” FIA-nın Təsisçi Üzvlərinin İrsin Təbliğatı Kubokunun ilk qalibi elan edilib. 

Kuboku Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov qəbul edib.

İlk dəfə FIA-nın 120 illik yubileyi çərçivəsində təqdim edilən bu mükafatla avtomobil irsinin təbliğində səmərəli töhfələr verən, avtomobil tarixi üzrə biliklərin ictimaiyyətə çatdırılmasında fəal iştirak edən təşkilatlar və fərdlər təltif olunacaq.  

Hər il təqdim olunması nəzərdə tutulan mükafat FIA-nın avtomobil irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətinin vacib bir hissəsidir.

AAF-ın  "Klassik Avtomobil Sərgisi” bu mükafata avtomobil irsinin inkişafına verdiyi müstəsna töhfələr, maarifləndirmə təşəbbüsləri və ictimaiyyətin avtomobil tarixini yaxından öyrənməsi üçün inklüziv mühit yaratması səbəbindən layiq görülüb. Heydər Əliyev Mərkəzində 10 ildir sərgilənən kolleksiya klassik avtomobil həvəskarları və geniş ictimaiyyətin marağına səbəb olub.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol