• $
  • €
  • ₽
  • ₺
  • £

Ət niyə maya dəyərindən 3-4 dəfə baha satılır - Video

Ət niyə maya dəyərindən 3-4 dəfə baha satılır - Video
12.02.2025 11:34

Ölkədə mal ətinin maya dəyərindən 3 dəfə baha satıldığı iddia edilir. Bu barədə Xəzərxəbərin hazırladığı videomaterialda qeyd olunub. 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ölkədə iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik təşkil edir. Həmçinin mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu da göstərilib.

Bəs belən olan halda niyə mal əti alıcılara bundan 3-4 dəfə baha təklif edilir?

Fermerlər bildirirlər ki, heyvanın bəslənməsi və ət istehsalı ilə əlaqədar xərclər artdıqca, satış qiymətlərinin də yüksəlməsi qaçılmaz olur. Onların sözlərinə görə, qeyd edilən statistik rəqəmlər real deyil.

İqtisadçı-ekspert Xalid Kərimli bu fərqin əsas səbəblərini satış xərcləri, daşınma, emal ilə əlaqələndirir. Ekspertin sözlərinə görə, sözügedən bu qiymət məhsulun maya dəyəridir. Ümumi xərclər isə daha çoxdur.

Dövlət Statistika Komitəsi eyni dövr üçün mal ətinin pərakəndə satış qiymətini də açıqlayıb. Məlumata görə, mal ətinin topdansatışı 5 manat 10 qəpik olduğu dövrdə mağazalarda satılan sümüklü mal ətinin qiyməti 14 manat, sümüksüzün isə 16 manat 30 qəpik təşkil edib.

 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda ev yanıb
Cəmiyyət 18:57
Lənkəranda ev yanıb
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
Cəmiyyət 18:35
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Cəmiyyət 17:25
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
Cəmiyyət 17:03
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
567 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 16:28
567 nömrəli marşrutun avtobusları yenilənir
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
Cəmiyyət 15:57
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 15:28
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
Cəmiyyət 14:34
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Cəmiyyət 13:55
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol