• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzaya uğrayan təyyarə ilə bağlı yekun hesabat dekabra kimi təqdim olunacaq

Qəzaya uğrayan təyyarə ilə bağlı yekun hesabat dekabra kimi təqdim olunacaq
19.02.2025 10:53

Qazaxıstanın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı yekun hesabat bu ilin dekabrına kimi təqdim ediləcək. Bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına görə, belə bir hadisənin təhqiqatı bir ildən çox çəkməməlidir. Müvafiq olaraq, istintaqla bağlı yekun hesabat 2025-ci ilin dekabrına qədər tamamlanmalıdır, deyə o, yekunlaşdırıb.

Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb. 
 
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib. 
 
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib. 
 
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub. 
 
Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
Cəmiyyət 18:35
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Cəmiyyət 17:25
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
Cəmiyyət 17:03
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
567 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 16:28
567 nömrəli marşrutun avtobusları yenilənir
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
Cəmiyyət 15:57
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 15:28
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
Cəmiyyət 14:34
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Cəmiyyət 13:55
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Cəmiyyət 12:48
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol