• $
  • €
  • ₽
  • ₺
  • £

Şaxtalı və qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA- YENİLƏNİB

Şaxtalı və qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA- YENİLƏNİB
21.02.2025 18:24

Milli Hidrometeorologiya Xidmətinin saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində şaxtalı və qarlı hava şəraiti davam edir.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Kəlbəcər, Laçın, Xankəndi, Qubadlıda qar yağır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5,7 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.

09:24

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər yerlərində qar yağır.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 21-i saat 8:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 71, Qaxda (Sarıbaş) 50, Gədəbəydə 45, Şəkidə 25, Qubada 17, Şahdağ, Kəlbəcərdə 15, Lerikdə 14, Laçın, Qubadlı, Daşkəsən, Oğuzda 12, Altıağacda 11, Şamaxı, Naxçıvanda 10, Balakən, Şuşa, Şahbuz, Xaltanda 8, Xocalı, Xankəndi, Şərur, Tərtərdə 7, İmişli, Füzuli, İsmayıllı, Ağdamda 6, Zərdab, Tovuz, Qəbələdə 5, Qusar, Yardımlı, Culfa, Qobustan, Ağstafa, Göyçayda 3, Cəlilabad, Şabran, Ağsu, Naftalanda 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 5.1 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
Cəmiyyət 18:35
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Cəmiyyət 17:25
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
Cəmiyyət 17:03
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
567 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 16:28
567 nömrəli marşrutun avtobusları yenilənir
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
Cəmiyyət 15:57
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 15:28
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
Cəmiyyət 14:34
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Cəmiyyət 13:55
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Cəmiyyət 12:48
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol