Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərlənib

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.Onların qidadan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 15:28
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb























